Səhifəni çap et
Cümə, 01 İyun 2012 15:47

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 iyunUşaqların Beynəlxalq Müdafiəsi Günü 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təsis edilmişdir. Həmin gün keçirilən "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib qərar qəbul edildikdən sonra   1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Ölkəmizdə uşaq və yeniyetmə yaşında olan gənclərin təxminən 95 faizi təhsil alır. Onların böyük bir qismi pulsuz tibbi xidmətlə təmin olunub.

Hazırda ölkədə 50-yə qədər internat məktəbi fəaliyyət göstərir  ki, orada təxminən 20 mindən çox uşaq var. 5000 mindən çox uşaq isə valideyn himayəsindən məhrumdur. Azərbaycanda 300 min qaçqın və məcburi köçkün uşağın olması da uşaq probleminin həllinə mənfi təsir göstərən amildir. Bütün bunlara baxmayaraq, nikbin faktlar da mövcuddur. Məsələn, son 12 ildə körpə və uşaqlar arasında ölüm əmsalı iki dəfə azalıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.

Uşaqları qoruyaq və onlara dəstək olaq! Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir!

Oxunub 2012 dəfə