Sonda kiçik yaşlı və böyük yaşlı uşaqlar arasında I-III yerlərin qalibləri müəyyən edilib. Kvemo-Kartli bölgə qubernatorluğunun şöbə müdiri Nino Basilaşvili APA-ya açıqlamasında müsabiqədən söz açıb: “Çox sevindirici haldır ki, musiqi festival-müsabiqəsində gənc musiqiçilər peşəkarlar kimi iştirak edərək, qalib olublar. Keçən il festival-müsabiqə Rustavidə keçirildi. Bu il isə azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində keçirməyi qərara aldıq. Bizi quberniya idarəsi dəstəklədi və peşəkarlıqla çıxış edən gənc musiqiçilər qalib oldular. Münsiflər heyəti Marneuli musiqi məktəbinin şagirdlərindən iki nəfər azərbaycanlı musiqiçini, gənc pianinoçular olan Sofiya Qarabağlını I yerə, Emilya İsmayılovanı isə II yerə layiq gördü və onlar diplomlarla təltif olundular. Digər qaliblər isə Bolnisi və Tetri-Skaro rayonundan gələn gənc musiqiçilər oldu”.