Çərşənbə axşamı, 29 May 2012 14:07
AzMİU kimsəsiz uşaqlar üçün xeyriyyə aksiyası keçirib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsi tələbələrinin təşəbbüsü ilə «Kimsəsiz uşaqlara dayaq olaq!» devizi altında xeyriyyə aksiyası keçirilib. AzMİU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, üç gündür, davam edən aksiya müddətində, memarlıq və Universitetin digər fakültələrinin tələbələri, əməkdaşları tərəfindən çoxlu sayda, oyuncaq, kitab, geyim toplanıb.
Bu gün isə aksiyaya xeyriyyə konserti ilə yekun vurulub.
Qeyd edək ki, konsertdən yığılan vəsait və toplanmış əşyalar Saray qəsəbəsində yerləşən fiziki qüsurlu uşaqlar üçün uşaq evinə təqdim olunacaq.
Aksiya Azərbaycanın Respublika Gününə həsr edilmiş bayram tədbirləri çərçivəsində keçirilib