“Elektron Təlimləndirən Sistemlər” layihəsinin əsas məqsədi evdə təhsil alan sağlamlıq imkanları məhdud olan uşaqları distant təhsilə cəlb etməklə, cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək, onların təhsil almaq imkanlarını yaxşılaşdırmaq və bununla yanaşı, kompüter, elektron resurslardan istifadə bacarıqlarının artırılması və İnternetə çıxış imkanlarının yaradılmasıdır. Layihə çərçivəsində 30 şagird və 7 müəllim heyəti Apple şirkətinin istehsalı olan “Macbook” noutbukları ilə təchiz olunmuş, şagirdlərin evləri Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq, yüksək sürətli İnternet bağlantısı ilə təmin edilib. Şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədi ilə 20 saylı məktəb-liseyin seçilmiş sinif otaqları yüksək sürətli fiberoptik İnternet və İntranet bağlantıları ilə təchiz olunub. Eyni zamanda Xüsusi qayğıya ehtiyacı olan uşaqların Distant Təhsilinin icrasını təmin etmək məqsədilə İKT avadanlıqlarından və texniki vasitələrdən istifadəyə dair metodik vəsait hazırlanıb.