Səhifəni çap et
Cümə, 25 May 2012 09:31

“Eurovision-2012”nin finalına vəsiqə qazanmış daha 10 ölkə bəlli olub

24.05.2012Bakıda 57-ci “Eurovision-2012” mahnı müsabiqəsinin II yarımfinal mərhələsi keçirilib.  APA-nınxəbərinə görə, şoununkeçirildiyi «BakuCrystalHall» tamaşaçı ilə doluolub. İlk olaraq səhnəyə üç aparıcı Leyla, Eldar və Nərgiz çıxıb. Yarışma dünyanın 46 ölkəsində canlı yayımlanıb. İkinci yarımfinaldan finala Litva, Bosniya və Herseqovina, Serbiya, Ukrayna, İsveç, Makedoniya, Norveç, Estoniya, Malta və Türkiyə vəsiqə qazanıb.

Qeyd edək ki, mayın 22-də keçirilmiş I yarımfinalda Rumıniya, Moldova, İslandiya, Macarıstan, Danimarka, Albaniya, Kipr, Yunanıstan, Rusiya və İrlandiya finala vəsiqə qazanıb.

 

VİDEO FOTOQALEREYA

Xatırladaq ki, yarışmanın qaydalarına uyğun olaraq Fransa, İngiltərə, İtalya, Almaniya və İspaniya və ötən il qalib gəlmiş ölkə olaraq Azərbaycan təmsilçiləri birbaşa mayın 26-da keçiriləcək final şousunda çıxış edəcəklər. Mayın 26-da «BakuCrystalHall»dakeçiriləcəkfinalavəsiqə qazanmış 26 ölkənin çıxış ardıcıllığı isə belədir:

1.
Böyük Britaniya
2. Macarıstan
3. Albaniya
4. Litva
5. Bosniya və Herseqovina
6. Rusiya
7. İslandiya
8. Kipr
9. Fransa
10. İtaliya
11. Estoniya
12. Norveç
13. Azərbaycan
14. Rumıniya
15. Danimarka
16. Yunanıstan
17. İsveç
18. Türkiyə
19. İspaniya
20. Almaniya
21. Malta
22. Makedoniya
23. İrlandiya
24. Serbiya
25. Ukrayna
26. Moldova

Oxunub 1785 dəfə