Səhifəni çap et
Cümə, 18 May 2012 11:34

“Təbəssüm” Uşaq Musiqili Teatrının konserti anşlaqla keçdi

Gənc istedadlar Türkiyədə keçiriləcək 10-cu Türk Festivalına qatılacaqlarosnovnoy

Mayın 17-də “Təbəssüm” Uşaq Musiqili Teatrı Gənc Tamaşaçılar Teatrında 12 illik fəaliyyətinə dair hesabat xarakterli konsert proqramı ilə çıxış etdi. Teatrın rəqs və vokal qrupları 40 nomrə, o cümlədən Azərbaycan və dünya xalqlarının mahnı və milli rəqslərini nümayiş etdirdi. Anşlaqla keçən konsertin sonunda gənc istedadlara Şuşa Mədəniyyət Şöbəsininn diplomları təqdim olundu.Qeyd edək ki, mayın 20-də Türkiyədə 10-cu Türk Festivalına qatılacaq 140 ölkədən biri də Azərbaycandır ki, onu da “Təbəssüm” Uşaq Teatrı təmsil edəcək. Bir ay ərzində davam edəcək festival zamanı 20 nəfərlik heyət Azərbaycan milli rəqsləri ilə yanaşı türk rəqslərini də ifa edəcək.

FOTOQALEREYA

Hazırda gənc rəqqaslarla Türkiyədən gələn Anadolu Atəşi Rəqs Qrupunun müəllimləri məşğul olur. Maraqlıdır ki, Festivala qatılacaq 140 ölkədən rəsmi açılışda iştirak etmək hüququnu qazanan 8 ölkədən biri də Azərbaycandır.

Xatırladaq ki, aprelin 15-dən 30-dək “Təbəssüm” Uşaq Musiqili Teatrının rəqs və vokal qrupları 23 nisan Cocuk Festivalında uğurla çıxış etmiş və Vətənə diplomlarla qayıtmıışdılar.

 

Oxunub 1893 dəfə