Səhifəni çap et
Cümə, 18 May 2012 13:08

Milli Televiziya və Radio Şurası cizgi filmlərinin çəkilişinə maliyyə ayrılması üçün prezidentə müraciət edəcək

Nusirevan

Bunu APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, ölkədə milli cizgi filmlərinin çəkilməsinin stimullaşdırılmasına böyük ehtiyac yaranıb: “Uşaqlarla bağlı bizim hansı verilişlərimiz, cizgi filmlərimiz var? Telekanallarda yayımlanan əksər cizgi filmləri xarici cizgi filmləridir. Halbuki Azərbaycanın eposları əsasında çoxsaylı cizgi filmləri yaradıla bilər. “Dədə Qorqud”dan tutmuş “Koroğlu” dastanına qədər gözəl cizgi filmləri çəkmək olar və uşaqlar o ruhda böyüyər”. 

Şura sədrinin sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyində hər il 1-2 cizgi filmi çəkilir: “Amma onlar da çəkilən bədii filmlər kimi seyflərdə yatıb qalır. Bu filmləri heç bir rusum almadan telekanallara vermək lazımdır. Son zamanlar çəkilmiş 40-a qədər film efirdə görünmür. Mədəniyyət və Turizm Nazirliyi bu məsələyə baxmalıdır. Onlar çox simvolik qiymətə telekanallara satılmalıdır”.


Oxunub 1840 dəfə