Səhifəni çap et
Cümə axşamı, 17 May 2012 11:43

Türkiyədən gəlmiş həkimlər tərəfindən anadangəlmə qüsuru olan uşaqların müayinəsi keçirilir

ShemkirŞəmkir rayonunda uşaqlarda dovşandodaqlıq və qurdağızlılığın aradan qaldırılmasına həsr olunmuş aksiya keçirilir. Şəmkir rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyaya Türkiyənin müxtəlif tibb ocaqlarında çalışan 8 nəfərdən ibarət həkim briqadası iştirak edir. “Lider Qadınlar Dərnəyi”nin həyata keçirdiyi “Gülümsəyən Uşaqlar” layihəsi çərçivəsində dəvət edilmiş həkimlər 4 gün ərzində kiçik yaşlı uşaqlarda mövcud olan dovşandodaqlıq və qurdağızlılığın ləğv olunması üçün əməliyyat aparacaqlar. 

Oxunub 1698 dəfə