Səhifəni çap et
Çərşənbə, 16 May 2012 11:33

Milli Məclisdə “Azərbaycanda uşaqların asudə vaxtının təşkilinin hüquqi aspektləri” mövzusunda konfrans keçirilib

MMMilli Məclisdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş “Azərbaycanda uşaqların asudə vaxtının təşkilinin hüquqi aspektləri” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, Milli Məclisin (MM) Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli Azərbaycanda uşaqların asudə vaxtının təşkil olunması istiqamətində qanunvericilikdə bir sıra təkmilləşmələrinaparıldığını deyib. O, uşaqların idman qurğularından pulsuz istifadəsi, həmçinin əlil və kimsəsiz uşaqlara verilən imtiyazlardan danışıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev uşaqların asudə vaxtının səmərəli təşkil edilməsinin zəruriliyini vurğulayıb: “Vaxtilə pioner düşərgələri və bunun kimi digər məkanlar var idi. Amma ölkəmizin müharibəyə cəlb edilməsi, qaçqın və məcburi köçkün problemləri ucbatından bu sistem ləğv olundu. Biz bu sistemi yenidən qururuq”.
UNİCEF-in Azərbaycan üzrə direktorunun müavini Rəşid Mustafa, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Konstantin Yerokostopulos çıxış edərək tədbirin və müzakirə olunan mövzunun əhəmiyyətini vurğulayıb. Tədbirdə iştirak edən digər hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri təkliflərlə çıxış ediblər.


Oxunub 1863 dəfə