Səhifəni çap et
Çərşənbə axşamı, 15 May 2012 12:17

“Uşaq Hüquqları yönümlü jurnalistika: Azərbaycanda fəaliyyət göstərən icmalçılar üçün maarifləndirici xarakterli təlim” keçirilir

ushaq huquqlariBakıda “Uşaq hüquqları yönümlü jurnalistika: Azərbaycanda fəaliyyət göstərən icmalçılar üçün maarifləndirici xarakterli təlim” başlayıb. APA-nın məlumatına görə, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, BMT-nin Uşaq Fondu və Sosial Xidmətlər Təşəbbüsü İctimai Birliyinin dəstəyi ilə keçirilir.

Təlimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, təlimin məqsədi uşaq hüquqları sahəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrinin müvafiq peşə xüsusiyyətlərinə yiyələnməsində yardımçı olmaqdır. Onun sözlərinə görə, uşaq hüquqlarının təmin edilməsində, cəmiyyətin diqqətinin uşaq məsələlərinə yönəldilməsində mətbuatın xüsusi rolu var. Bəzən KİV-də uşaqların gələcəyi üçün problem yarada biləcək yazı və görüntülərin də yer aldığını söyləyən A. Sofiyeva komitənin bundan narahat olduğunu vurğulayıb. 

Oxunub 1865 dəfə