Səhifəni çap et
Cümə, 11 May 2012 15:01

“Eurovision-2012”-nin iştirakçısı olan dövlətlərdə əlil uşaqlar arasında “Mən Azərbaycanı kəşf edirəm” mövzusunda inşa müsabiqəsi keçirilib

evrovision11.05Eurovision-2012” mahnı müsabiqəsininTəşkilat Komitəsində rəsmi tərəfdaş olan Heydər Əliyev Fondu sonhazırlımərhələsində bütüproseslərdə aktiv iştirak etməklə yanaşı, layihə çərçivəsində daha bir humanistaksiya gerçəkləşdirir.

Fonddan APA-ya verilən məlumata görə, iştirakçı dövlətlərdə “Mən Azərbaycanı kəşf edirəm” mövzusunda inşa müsabiqəsi elan edilib. Azərbaycanı tanımaq, tarixi və zəngin mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı yaradan müsabiqənin yalnız fiziki qüsurlu uşaq və yeniyetmələr arasında keçirilməsi Heydər Əliyev Fondunun önəm verdiyi humanizm prinsiplərindən irəli gəlib.

Müsabiqənin şərtlərindən biri də yalnız 9-18 yaş arası məktəblilərin iştirakının nəzərdə tutulmasıdır. İnşa müsabiqəsinə təqdim olunan yazıların qəbulu aprelin 30-da başa çatıb. Təşkilat komitəsi müsabiqə iştirakçılarının göndərdiyi elektron yazılara baxaraq seçim aparıb və qaliblər müəyyən edilib.

Hər iştirakçı dövlətdən 2 nəfər müsabiqə qalibi və onları müşayiət edən şəxslər Azərbaycanın qonağı olacaq. Həmin günlərdə onlar uyğunlaşdırılmış yaşayış yeri və nəqliyyat vasitəsi ilə təmin olunacaqlar. Gəzinti və istirahət üçün tərtib olunmuş xüsusi proqram əsasında qonaqlar Bakı ilə yaxından tanış olacaq və “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsində möhtəşəm şounu izləmək şansı əldə edəcəklər.

Hazırda elan olunan qaliblərin Azərbaycana gəlməsi üçün hazırlıq işləri aparılır.

Oxunub 1969 dəfə