Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 28 Aprel 2012 16:12

Şüvəlan qəsəbəsində Təhsil Nazirliyi tərəfindən tikilmiş ailə əsaslı kiçik qrup evi istifadəyə verilib

ushaqlar29Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində Təhsil Nazirliyi tərəfindən tikilmiş ailə əsaslı kiçik qrup evi istifadəyə verilib. Nazirlikdən APA-ya verilən məlumata görə, kiçik qrup evi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası istiqamətində Təhsil Nazirliyi ilə “Hilfsverk Avstriya” beynəlxalq təşkilatı tərəfindən həyata keçirilən “Himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə modelin işlənib hazırlanması” layihəsi çərçivəsində yaradılıb. Kiçik qrup evinin yaradılmasında məqsəd övladlığa və ya himayədarlığa verilənədək uşağa ev şəraitində fərdi və inkişaf planında nəzərdə tutulmuş qaydada qayğı göstərməkdən ibarətdir.

Dövlət uşaq müəssisələrindən kiçik qrup evində yaşayacaq 8-13 yaş arasında 10 nəfər qız seçilib. Uşaqlar ailə mühiti yaradılmış kiçik qrup evində yaşamaqla yanaşı, evə yaxın ərazidə yerləşən ümumi təhsil məktəbində təhsillərini davam etdirəcək və tərbiyəçilər 24 saat ərzində onların təlim-tərbiyəsi ilə məşğul olacaqlar. Dövlət uşaq müəssisəsindən fərqli olaraq, Kiçik qrup evində uşaqların ayrıca yataq otaqları, fərdi əşyaları, kompüter və yazı masaları var. Məlumata əsasən, evin saxlanması xərcləri bir il ərzində layihəyə ayrılmış vəsait hesabına həyata keçiriləcək. Layihə başa çatdıqdan sonra bu evin saxlanması xərclərinin dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənilməsi nəzərdə tutulub. Bu məsələlərin tənzimlənməsi üçün “Kiçik qrup evinin nümunəvi əsasnaməsi” hazırlanıb, baxılıb və təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunub.

Oxunub 2281 dəfə