Səhifəni çap et
Cümə, 27 Aprel 2012 16:51

Azərbaycanlı uşaqlar beynəlxalq festival-müsabiqədə uğur qazanıblar

AyselRusiyaFederasiyasınınYekaterinburq şəhərində “Yerbizim ümumievimizdiradlı XIVBeynəlxalqUşaqMusiqiYaradıcılığı Festivalı keçirilib. FestivaldaAzərbaycanı Bakı şəhərVaqifMustafazadə adına 2 nömrəliUşaq İncəsənətMəktəbininAyseluşaqrəqskollektivitəmsiledib. Mədəniyyətvə TurizmNazirliyininmətbuatxidmətindənAPA-yaverilənməlumatagörə, 10 ölkənin (Rusiya, Azərbaycan, ABŞ, Avstriya, Polşa, Belarus, Litva, Monqolustan, Qazaxıstan, Qırğızıstan) təmsilolunduğuvə 1000 nəfərə yaxıniştirakçısı olanfestival çərçivəsində “xoreoqrafiya”, “xoroxuma” ,“instrumentalmusiqivə “folklorsənətinominasiyaları üzrə müsabiqə keçirilib.

Xoreoqrafiya nominasiyası üzrə müsabiqədə “Aysel” uşaq rəqs kollektivi Azərbaycanın milli rəqs nömrələri ilə çıxış edərək II dərəcəli diploma və xüsusi mükafata layiq görülüb. Eyni zamanda kollektivin bədii rəhbəri İradə Əliyevaya Sverdlovsk vilayəti Mədəniyyət və Turizm Nazirliyinin təşəkkür məktubu təqdim edilib.

Festival günlərində “Aysel” uşaq rəqs kollektivinin üzvləri Sverdlovsk vilayətinin Yekaterinburq və Kamensk-Uralsk şəhərlərinin konsert salonlarında milli rəqslərimizi nümayiş etdirərək tamaşaçıların rəğbətini qazanıblar.

Oxunub 1946 dəfə