Səhifəni çap et
Cümə, 20 Aprel 2012 09:00

“Zambaq”da balaca rəssamların sərgisi açılıb

20.04.2012Aprelin 20-də Qafqaz Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının “Zambaq” Uşaq Bağçasında uşaqların əl işlərindən ibarət sərgi açılıb. Lent.az-ın məlumatına görə, sərgidə balacaların çəkdikləri rəsmlər, əl işləri, fantaziyaları hesabına müəllimlərinin köməyi ilə hazırladıqları müxtəlif kompozisiyalar nümayiş olunub.

Sərgini balacaların valideynləri ilə yanaşı Azərbaycan-Türkiyə Özəl Liseyləri baş idarəsinin rəhbəri Məsut Kurnaz, Qafqaz Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının müdiri Sərhat Aktaş da izləyiblər. Müəssisənin rəhbəri Sərdar Çelik bildirib ki, onların bu tipli tədbirləri ənənə halını alıb: “Biz balacaların istedadlarını üzə çıxarmaq üçün mütəmadi olaraq belə sərgilər, musiqi gecələri, yarışmalar təşkil edirik. Böyüklərin belə tədbirlərdə iştirakı, onlara dəstək olması balacaları həvəsləndirir”.

FOTOQALEREYA

 

Bağçanın icraçı müdiri Kəmalə İsmayılova isə bildirib ki, “Arılar”, “Göyərçinlər”, “Ulduzlar”, “Şirinlər”, “Kəpəkənlər”, “Çiçəklər” və digər qrupların əl işləri olan bu sərgi balacaların bir illik əziyyətinin nəticəsidir: “Əlbəttə ki, onlar bu işləri, rəsmləri müəllimlərinin yardımı ilə hazırlayıblar. Biz bu cür sərgiləri təşkil etməklə onların yüksək zövqünün formalaşmasına yardım edir, mədəniyyətə, incəsənətə olan diqqətlərini artırırıq. Bu, onlarda mədəni tədbirlərdə iştirak vərdişi yaratmaqla bərabər, yaradıcılığa da həvəs oyadır”.

Oxunub 2076 dəfə