Səhifəni çap et
Cümə, 20 Aprel 2012 12:40

İncəsənət Gimnaziyasının şagirdləri Cəfər Cabbarlının xatirəsini yad edəcəklər

Cefer CabbarliAprelin 23-də Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, müasir dramaturgiyamızın banisi Cəfər Cabbarlının 113 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək.

Məlumatı yayan AzərTac görkəmli dramaturqun xatirəsini yad etmək məqsədilə keçiriləcək tədbirdə İncəsənət Gimnaziyasının şagirdlərinin ədibin yaradıcılığından nümunələr səsləndirəcəklərini xəbər verir. Ədəbi-bədii gecədə ədəbiyyat və teatr xadimləri, musiqişünaslar və ictimaiyyət nümayəndələri iştirak edəcək. 

Oxunub 1993 dəfə