Anşlaqla keçən “Bizim uşaq dünyamız” adlı konsert proqramında “Azəri inciləri" mahnı və rəqs kollektivi, milli rəqs, bal rəqsləri qrupu, mahnı teatrı, vokal qrupu, uşaq teatr qrupu və gimnastlar qrupu, xalq çalğı alətləri ansamblı, nağaraçalanlar və sazçalanlar qrupu iştirak etdilər. Konsertdə səhnəyə çıxan 200 nəfər dərnək üzvü milli adət - ənənələrimizdən xəbər verən həsr səhnəciklər göstərib, rəqslər nümayiş etdirdilər.