Səhifəni çap et
Şənbə, 07 Aprel 2012 10:45

Uşaqlardan “Biz dünyada sülh istəyirik” çağırışı

sara-baqcada-konsert“Qafqaz” Azərbaycan - Türkiyə Özəl Gimnaziyasında məktəbəqədər uşaqların “My lovely English” adlı proqramı təşkil olunub. Lent.az-ın verdiyi məlumata görə, tədbirdə uşaqlar ingilis dilində çıxışlar edib, mahnılar səsləndirib, maraqlı səhnəciklər və rəqslər nümayiş etdiriblər. Balacalar ingilis dilində səhnələşdirilmiş cizgi film qəhrəmanlarını da tamaşaçılara təqdim ediblər.

Tədbirdə ən yadda qalan məqam isə balacaların “Biz dünyada sülh istəyirik” çağırışı olub. Uşaqlar Hindistan, Amerika, İspaniya, Rusiya, Türkiyə , Ərəbistan və Azərbaycanın milli geyimləri və rəqslərini nümayiş etdiriblər. Daha sonra isə bir yerə toplaşaraq “Biz dünyada sülh istəyirik” deyə çağırış ediblər. Balacaların bu çıxışı qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Oxunub 2086 dəfə