Səhifəni çap et
Bazar ertəsi, 09 Aprel 2012 14:50

“Bizim uşaq dünyamız” adlı konsert proqramı Heydər Əliyev Sarayında

ushaq-konserti-H.Eliyev-sarayindaAprelin 10-da Heydər Əliyev Sarayında Nizami rayonu Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin konserti keçiriləcək. Bu barədə educult.az Uşaq Portalına sözügedən təşkilatın rəhbəri Lalə Qəti bildirib.

Onu sözlərinə görə, tədbirdə dərnəyin 1700 üzvündən 200-ü çıxış edəcək: “Hazırda konsert üçün davamlı məşqlər gedir. Bu, bizim hesabat xarakterli konsertimizdir”. Konsertdən əvvəl mərkəz haqqında filmin nümayiş etdiriləcəyini deyən Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin direktoru aprelin 10-da keçiriləcək “Bizim uşaq dünyamız” adlanan konsert proqramında “Azəri inciləri” mahnı və rəqs kollektivi, milli rəqs, bal rəqsləri qrupu, mahnı teatrı, vokal qrupu, uşaq teatr qrupu və gimnastlar qrupu, xalq çalğı alətləri ansamblı, nağaraçalanlar və sazçalanlar qrupunun səhnəyə çıxacağını vurğulayıb.

Qeyd edək ki, konsert saat 15-00-da başlayacaq. Artıq satışa çıxarılan biletlərin qiyməti 5-10 AZN-dir. 

Oxunub 2143 dəfə