Səhifəni çap et
Cümə, 06 Aprel 2012 14:03

Qubada yetkinlik yaşına çatmayan əlil uşaqlar üçün reabilitasiya mərkəzi və əlillər üçün bərpa mərkəzi yaradılacaq

elilBu gün Quba şəhərində Quba və İsmayıllı rayonlarında “Səyyar reabilitasiya xidmətləri” layihəsinin icrasına həsr edilən müşavirə keçirilib. APA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, yaxın vaxtlarda Qubada yetkinlik yaşına çatmayan əlil uşaqlar üçün reabilitasiya mərkəzi və əlillər üçün bərpa mərkəzi yaradılacaq.

Nazirin sözlərinə görə, bu layihədən Quba və İsmayıllı rayonlarında artıq 120 ailə yararlanıb. Layihə çərçivəsində 35 uşağın dövlət müəssisəsinə getməsinin qarşısı alınıb. Qubada 6, İsmayıllıda isə 7 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaq orta məktəbə göndərilib. Füzuli Ələkbərov bildirib ki, “Səyyar reabilitasiya xidmətləri” layihəsi pilot layihə olub gələcəkdə digər rayonlarda da keçirilməsi nəzərdə tutulur. Bu layihə üçün 35 min manat vəsait ayrılıb.

Xatırladaq ki, “Səyyar reabilitasiya xidmətləri” layihəsinin icrasına 2008-ci ildə başlanılıb. Layihənin əsas məqsədi əlil uşaqların dövlət müəssisələrinə getməsinin qarşısını almaq, onlarla düzgün ünsiyyət qurmağın yollarını araşdırmaq və əlil uşaqların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

Oxunub 2227 dəfə