Səhifəni çap et
Bazar ertəsi, 12 Mart 2012 13:26

"Fövqəladə hallar uşaqların gözü ilə" mövzusunda uşaq yaradıcılıq müsabiqəsi keçiriləcək

sergiTəhsil və Fövqəladə Hallar nazirliklərinin birgə razılaşmasına əsasən ümumtəhsil məktəblərinin şagirdləri arasında "Fövqəladə hallar uşaqların gözü ilə" mövzusunda uşaq yaradıcılıq müsabiqəsi keçiriləcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə I-XI sinif şagirdləri arasında rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə təşkil olunacaq.

 Müsabiqənin respublika turuna işlər FHN-nin regional mərkəzləri ilə birgə yaradılmış münsiflər heyəti tərəfindən seçiləcək. Rayon turunun qalibləri haqqında məlumatlar aprelin 20-dək FHN-ə göndərilməlidir.

Oxunub 3588 dəfə