Səhifəni çap et
Cümə axşamı, 09 Fevral 2012 13:40

Nərimanov və Suraxanı rayonlarındakı körpələr evi-uşaq bağçaları əsaslı təmir olunub

prezident-ushaq-bagcasindaAzərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 8-də Bakının Nərimanov və Suraxanı rayonlarında yerləşən körpələr evi-uşaq bağçalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. APA-nın məlumatinda belə deyilir.

 Azərbaycan prezidenti qısa vaxt ərzində yüksək standartlara uyğun əsaslı şəkildə yenidən qurulub, müasir avadanlıq və mebel dəstləri ilə təmin edilmiş 305 nömrəli körpələr evi-uşaq bağçasında görülən işlərin keyfiyyəti ilə maraqlanıb. Qeyd edək ki, burada müasir istilik sistemi quraşdırılıb, bina daimi isti və soyuq su ilə təchiz olunub.

Sonra prezident Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 313 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Qeyd eüdək ki, iki mərtəbədən ibarət körpələr evi-uşaq bağçasında dövlət başçısının tapşırıqlarına əsasən əsaslı bərpa və yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. Burada yeni qazanxana istismara verilib, müəssisədə istilik sistemi quraşdırılıb, bina isti və soyuq su ilə təchiz edilib, ehtiyat su anbarı inşa olunub. Binada və ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb.

Oxunub 3095 dəfə