“Günay” Teatrının Gəncədəki uguru
Yanvarın 4-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıçı studiyasının “Günay” Teatrı Gəncədə A.S.Puşkinin “Balıqçı və balıq haqqında nağıl” əsərinin motivləri əsasında qurulmuş tamaşa ilə çıxış etmişdir. Qeyd edək ki, sözügedən tamaşaya görə “Günya” Teatrı 2011-ci ildə Bolqarıstanda keçirilmiş müsabiqədə 1-ci dərəcəli laureat diplomu ilə təltif edilmişdir.
Qərb regionunun Rus İcmasının sədri Valeri Kozinin məlumatına görə, tədbir Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi və Gəncə İcra hakimiyyətinin dəstəyilə təşkil olunmuşdur. Zabitlər Evinin zalında keçirilən tamaşa gəncəlilər tərəfindən sevinclə qarşılanmışdır. Tamaşanın sonunda Zabitlər Evinin rəisi Sergey Mirzəyev “Günay” Teatrını Fəxri Fərmanla təltif emişdir.
Gənc aktyorların Gəncə səfəri qonaqpərvərlik, diqqət və səmimilik mühitində keçmişdir.