Səhifəni çap et
Bazar ertəsi, 05 Dekabr 2011 01:02

“Dəcəllər” teatrının Parisdəki uğuru

DSC03164Dekabrın 2-də Parisdə YUNESKO-nun Böyük Konsert Zalında Daun sindromlu uşaq və yeniyetmələrdən ibarət kollektivlərin iştirakı ilə konsert keçirilib. 3 dekabr-Beynəlxalq Əlillər gününə həsr edilmiş konsertdə Azərbaycanı təmsil edən 12 yeniyetmədən ibarət Daun Sindromlu Şəxslərin Assosiasiyasının “Dəcəllər” teatrının kollektivi tamaşaçılar qarşısında 30 dəqiqəlik konsert proqramı ilə çıxış ediblər.“Karvan” musiqisinə “Modern” üslubunda 9 musiqili nömrə, səhənglə, gül buketləri ilə rəqslər, ispan və ərəb rəqsi, proqramın sonunda isə dahi bəstəkar Üzeyir Hacıbəyovun musiqisi əsasında qurulmuş “Cəngi” rəqs kompozisiyasını ifa edən gənc istedadları tamaşaçılar ayaq üstə alqışlayıblar.

FOTOQALEREYA

Ertəsi gün uşaqlar “Disneylend” əyləncə parkı, Luvr muzeyi, Eyfel qülləsi, “Notrdam” kilsəsi və Parisin digər tarixi yerlərini ziyarət ediblər. Paris səfəri gəmi ilə Sena çayında bir saatdan artıq gəzinti ilə başa çatıb.

Oxunub 2130 dəfə