Səhifəni çap et
Çərşənbə, 28 Dekabr 2011 16:15

Valideynlərə 10 məsləhət:

Valideynlərə 10 məsləhət:

1. Gözləmə ki övladın sən istədiyin, yaxud sənin kimi olsun. Ona sən yox, özü olmağa kömək et.

2. Uşağından onun üçün elədiyinin əvəzini istəmə. Sən ona həyat vermisən, o bunun əvəzini neçə çıxa bilər? O, başqasına həyat verər, başqası – üçüncüsünə və bu, təbiətin qaçılmaz qanundur.

3. Hirsini uşağından çıxma, qocalığını düşün. Atalarımız demişkən, “nə tökərsən aşına, o çıxar qaşığına”.

4. Övladının problemlərinə yuxarıdan aşağı baxma. Həyat hər kəsə gücünə görə verilir. İnan ki, onun həyatı sənin həyatından asan deyil, bəlkə daha da çətindir, çünki təcrübəsi yoxdur.

5. Uşağını alçaltma! O da bir şəxsiyyətdir, ona hörmətlə yanaş.

6. Unutma ki insanın ən vacib görüşləri uşaqları ilə olan görüşləridir. Onlara daha çox diqqət yetir, axı biz çox vaxt uşaqlarımızı tanımırıq.

7. Uşağın üçün nəyi isə edə bilmirsənsə, özünü qınama. Bacarıb, heç nə elemədiyin zaman özünü qına!

8. Uşaq təkcə əti ətindən, qanı qanından və yaxud da həyatını zəbt edən bir zalım deyil. Bu, bacarıqlarını inkişaf etdirmək ücün Həyatın sənə əmanət etdiyi bir varlıqdır.

9. Özgə uşağı sevməyi bacar. Öz uşağına rəva bilmədiyini başqasına etmə.

10. İstər istedadli ya istedadsız, istər uğurlu və ya uğursuz, bir sözlə, onu olduğu kimi sev. Uşağınla daim ünsiyyətdə ol və sevin, çünki o, səninlə yalnız bir müddət olan bayramdır.

Oxunub 2970 dəfə