Layihənin iş planına uyğun ilkin mərhələdə işçi qrup formalaşdırılır. Bu qrup incəsənət, texniki və ekspertlər bölmələrindən ibarət olacaq. Portalın İncəsənət Bölməsinin İşçi qrupunun ilk görüşü cari ilin 17 sentyabr tarixində "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin ofisində keçirilmişdir. Görüşdə işçi qrupunun rəhbəri Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor, bəstəkar Oqtay Rəcəbov və qrupun üzvləri: əməkdar incəsənət xadimi və rejissor Ənvər Əbluç, İncəsənət Gimnaziyasının müəllimləri Rəssamlar İttifaqının üzvü Nizami Bəydəmirov və Əliheydər Şahbazov, Azərbaycan Dövlət Televiziyasının «Bənövşə» Uşaq xorunu və rəqs ansamblının bədii rəhbəri Zülfiyyə İbrahimova iştrak etmişlər.
Görüşdə Uşaq Portalı, onun strukturu ilə bağlı müzakirələr aparılmışdır. Portalın dizayn, tərkib və idarəedilmə məsələlərinə baxılmış və iş planı tərtib edilmişdir.
Mərkəzin mətbuat xidməti.