Səhifəni çap et
Şənbə, 21 Dekabr 2019 10:32

“DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi başa çatdı

dogma-diyar afishaMədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsi başa çatıb.

Vətənpərvərlik, vətən sevgisini təsvir müstəvisində əks etdirmək bacarıqlarının inkişaf etdirilməsi, bədii düşüncə tərzi, zövq və yaradıcılıq duyğularının formalaşdırılması, habelə, rəssamlıq sənətinə marağının stimullaşdırmaq məqsədi ilə keçirilən müsabiqəyə ölkəmizin əksər güşələrindən 1200-dən çox uşaq və yeniyetmə vertual qaydada 2000-dən çox əsər təqdim etmişlər.

Şərtlərə uyğun olaraq, seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götülməklə, ən əsası ən az müdaxilə (müəllim və valideynlər) olunmuş əsərlər, həmçinin, əvvəlcə təqdim olunmamış əsərlər seçilmişdir.

25-26 dekabr 2019-cu il tarixlərində sərgilənmək üçün seçilmiş 12 yaşa qədər və 12-17 yaş arası kateqoriyasında iki gün mütənasib olaraq, 170 və 180 uşaq hər birinin 1 əsəri ilə Xətai Sənət Mərkəzinə dəvət olunmuşdur.

Müsabiqədə ən çox əsəri ilə təmsil olunan tədris mərkəzi kimi Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi Xətai Sənət Mərkəzində kollektiv sərgisini keçirmək şansı qazanıb.

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

Oxunub 1259 dəfə