Səhifəni çap et
Cümə, 13 Dekabr 2019 16:22

Nəsimi" tamaşası - beynəlxalq festivalın qalibidir

Nəsimi tamaşası - beynəlxalq festivalın qalibidir“Günay” Teatr Studiyasının parlaq cıxışı

Bu günlərdə Bakı Uşaq Teatrının “Günay” Uşaq Teatr-Studiyasının kollektivi ArtBeFamily Beynəlxalq Yaradıcı İnnovasiyaların İnkişafı və Dəstək Mərkəzi tərəfindən dəvət olunduğu "GOLD OF NATIONS" beynəlxalq festival-müsabiqəsindən çoxsaylı mükafatlarla Vətənə qayıdıb. Müsabiqə Rusiya Federasiyası Prezidenti Aparatının Moskvaətrafı istirahət mərkəzində keçirilib.

Festivalın münsiflər heyətinin üzvləri Rusiyanın tanınmış sənət adamları, professor və universitet müəllimləri idi. “Günay” Uşaq Teatr Studiyası bu mötəbər festival-müsabiqədə parlaq çıxışları ilə Azərbaycanı layiqincə təmsil etdi.

Bu il Azərbaycanda qeyd olunan böyük şair və filosofun 650 illik yubileyi şərəfinə teatrın səhnələşdirdiyi "Nəsimi" tamaşası tamaşaçılar tərəfindən maraqla qarşılanıb və səlahiyyətli münsiflər heyəti bu tamaşanı 1-ci dərəcəli laureat adına layiq görüb. Festivalda nümayiş etdirilən ikinci tamaşa - "Qızıl açar" da 1-ci dərəcəli laureate adına layiq görülüb. Günay Teatrı bütün kateqoriyalarda fərdi tamaşalarla çıxış edərək bir çox mükafatlar qazanıb.

Qeyd edək ki, teatrın rəhbəri, rejissoru, ssenari müəllifi və musiqi tərtibatçısı Larisa Viktorovna Tarusovadır.

ELS Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi “Günay” Uşaq Teatrının gənc aktyorlarını növbəti uğurla təbrik edir, istər Azərbaycanda, istərsə də hüdudlarından kənarda yaradıcılıq nailiyyətləri arzulayır.

Oxunub 1301 dəfə