Səhifəni çap et
Çərşənbə axşamı, 05 Noyabr 2019 12:05

Dövlətin qayğısı bizi Azərbaycanın və uşaqlarımızın rifahı naminə daha çox işləməyə ruhlandırır

aliyeva internat 041119 03Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 10 saylı sanatoriya tipli internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Uşaq və gənclərə qayğını dövlət siyasətinin prioritet istiqamətlərindən biri seçən Azərbaycan dövləti onların hazırkı həyat şəraitlərinin yaxşılaşmasına çalışmaqla yanaşı, gələcəklərini də daim diqqət mərkəzində saxlayır.

Prezident İlham Əliyevin rəhbərliyi altında uşaqların sağlam yetişməsi, onların ölkəmizin etibarlı gələcəyinə töhfələr verə bilməsi üçün yetərincə işlər görülür.

Qeyd edək ki, 10 saylı sanatoriya tipli internat məktəbi 1961-ci ildən fəaliyyət göstərir. 10 saylı sanatoriya tipli internat məktəbinin direktoru Münəvvər Əşrəfova Trend-ə bildirib ki, binada sonuncu dəfə əsaslı təmir işləri 2005-ci ildə aparılıb. Mövcud vəziyyət nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə binada 2018-ci ildə əsaslı təmir və tikinti işlərinə başlanılıb.

Binanın təmirdən əvvəlki vəziyyəti ilə indiki durumu arasında çox böyük fərq var: sanatoriya tipli internat məktəbi tədris, yataqxana və istirahət-dərs hazırlığı korpuslarından ibarətdir. Tədris korpusunda müasir avadanlıqlarla təchiz edilmiş fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, 2 texnologiya otağı və sinif otaqları fəaliyyət göstərir. Yeni tikilmiş 320 nəfərlik akt zalı, idman zalı və 320 yerlik yeməkxana korpusu da müvafiq avadanlıqlarla təchiz olunub.

Oxunub 1324 dəfə