Səhifəni çap et
Çərşənbə axşamı, 22 Oktyabr 2019 18:49

“Azərbaycan! Mən səni sevirəm!” - VİDEO

eminEmin və azərbaycanlı məşhurlardan “Azərbaycan-101” layihəsi

Xalq artisti Emin Ağalarovun prodüserliyi ilə lentə alınan “Azərbaycan” adlı mahnının klipi təqdim edilib. Mahnının sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, musiqisi Ruslan Ağababayevə məxsusdur. Azərbaycan Dövlət Akademik Filarmoniyasında çəkilən ekran işinin rejissorluğu Emin Muradova həvalə edilib.

Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilən mahnını Eminlə yanaşı xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Tünzalə Ağayeva, əməkdar artistlər Ədalət Şükürov, Sevda Ələkbərzadə, Manana, Abbas Bağırov, müğənnilər Səmra Rəhimli, Xəyyam Nisanov, Elnur Hüseynov və başqaları oxuyublar.

Ağalarov “Bir daha bütün həmvətənlərimi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm! Harada olsaq da, həmişə Vətənimizi, evimizi, yaxınlarımızı, uşaqlığımızı, doğma torpaqlarımızı düşünür və xatırlayırıq... Azərbaycan, hamımızı birləşdirdiyin üçün çox sağ ol! Bu il Cümhuriyyətin 101 yaşı tamam olur! Biz səmimi qəlbdən və ən isti duyğularla bu musiqi hədiyyəsini hazırladıq. Bu layihədə iştirak edənlərin hamısına təşəkkür edirəm” deyə, layihə haqda söyləyib.

Oxunub 1350 dəfə