“Bu istiqamət üzrə hədəfimiz odur ki, Azərbaycanın müxtəlif bölgələrindəki 20 məktəbdə peşəyönümlü siniflər yaradaq. Hazırda bu istiqamətdə hazırlıq işləri aparılır. Ümid edirik ki, sentyabrdan orta məktəblərdə bu layihənin də icrasına başlanacaq”.
Nazir hesab edir ki, peşəyönümlü təmayüllərin yaradılması şagirdlərin tam orta təhsil səviyyəsinə cəlbinə müsbət təsir edəcək. Bu, eyni zamanda, məzunların gələcəkdə əmək bazarına daha asan inteqrasiyasını da təmin edəcək.
Hazırda işəgötürənlərlə birgə bununla bağlı müzakirələrin aparıldığını deyən C.Bayramov bildirib ki, işəgötürənlərin əmək bazarına olan tələbatı və onların ehtiyac duyduqları ixtisaslar üzrə gözləntiləri öyrənilir.