Səhifəni çap et
Cümə, 31 May 2019 12:07

Layihəmiz Mədəniyyət TV-nin səhər efirində işıqlandırılıb

WhatsApp Image 2019-05-31 at 14.21.24Bu gün bəstəkar Oqtay Zülfüqarovun Ad günüdür

Bu gün ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova Mədəniyyət telekanalının “Səhərçağı” Musiqi-informasiya proqramının qonağı olub. Verilişdə bəstəkar Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət qala-konsertdə ifa olunacaq bəzi mahnılar səsləndirilib.

İyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ELS Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində Azərbaycanın Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət qala-konsertin keçiriləcəyini deyən İ.Yaqubova bəstəkarla bir sıra layihələrdə əməkdaşlıqdan, yeni layihənin mahiyyətindən və görülən işlərdən danışıb. Uşaq musiqi kollektivlərinin ifasında bəstəkarın 90 illiyinə onun mahnılarını yeni aranjemanda təqdim edən layihə rəhbərilə söhbət “Səhərçağı” Musiqi-informasiya proqramının tamaşaçılarına xoş əhval-ruhiyyə bəxş edib.

 

WhatsApp Image 2019-05-31 at 14.21.46WhatsApp Image 2019-05-31 at 14.21.38

Oxunub 1531 dəfə