“Nağıldan nağıla” adlı tədbirdə çıxış edən “Çiçəyim” uşaq teatrının gənc aktyorları tamaşaçılara Azərbaycan və dünya uşaq nağıllarından parçalar, rəqslər, mahnılar, pantomim kompozisiyalar və geyim kolleksiyası təqdim etdilər. Nağıl qəhrəmanlarının obrazlarını ustalıqla ifa edən uşaqların peşəkar aktyorlarla birgə çıxışları konsert proqramını daha rəngarəng və maraqlı etdi.
Qeyd edək ki, Lalə Qətinin rəhbərlik etdiyi 3 nömrəli Uşaq-Gəncər İnkişaf Mərkəzi nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da ölkəni layiqincə təmsil edir.
Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Kukla Teatrı, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Heydər Əliyev Fondu və digər strukturların nümayəndələri iştirak edirdi.