Səhifəni çap et
Çərşənbə, 01 May 2019 18:13

ELS Müstəqil Araşdırmalar Mərkəzi yeni layihəyə start verdi

ELSMayın 1-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birlyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsinə start verdi.

 

Qeyd edək ki, layihə çərçivəsində iyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun 90 illik yubileyinin keçirilməsi planlaşdırılır. Hazırda tədbirin keçirilməsinə hazırlıq işləri gedir, həmçinin layihənin işçi qrupunun təşkili, fəaliyyət planının müzakirəsi və iş qrafikinin tərtibi, bəstəkarın gecəsində ifa ediləcək əsərlərin və ifaçıların seçimi və konsert proqramının tərtibi, uşaq kollektivləri, musiqi kollektivləri, rəsmi və özəl qurumlarla əlaqələrin qurulması, mahnıların aranjman edilməsi və səsyazma studiyasında yazılması və s.

Qeyd edək ki, Mərkəz 3 ay (may-iyul) davam edəcək layihənin gedişatını KİV-lərdə, İB-nin veb və “Facebook” səhifələrində işıqlandıracaqdır.

Oxunub 1454 dəfə