Səhifəni çap et
Cümə, 12 Aprel 2019 16:59

ELS yeni layihəyə başlayır

Oqtay ZülfüqarovOqtay Zülfüqarov-90

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birlyinin “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün birinci qrant müsabiqəsinin qalibi olub.

 

Layihə çərçivəsində iyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında xalq artisti, bəstəkar Oqtay Zülfüqovun 90 illik yubileyinin keçirilməsini planlaşdırır. Hazırda tədbirin keçirilməsinə hazırlıq işləri gedir, həmçinin layihənin işçi qrupunun təşkili, fəaliyyət planının müzakirəsi və iş qrafikinin tərtibi, bəstəkarın gecəsində ifa ediləcək əsərlərin və ifaçıların seçimi və konsert proqramının tərtibi, uşaq kollektivləri, musiqi kollektivləri, rəsmi və özəl qurumlarla əlaqələrin qurulması, mahnıların aranjman edilməsi və səsyazma studiyasında yazılması və s.

Qeyd edək ki, 3 ay (may-iyul) davam edəcək layihənin gedişatı KİV-lərdə, İB-nin veb və “Facebook” işıqlandırılacaq.

Oxunub 1340 dəfə