Səhifəni çap et
Cümə axşamı, 04 Aprel 2019 14:09

Nazirlik: Azərbaycanda 81 autizm sindromlu uşaq qeydiyyatdadır

aasmn 030419 01Dünya əhalisinin təxminən 1 faizi, 70 milyon insan autizm sindromludur. Azərbaycanda autizm sindromlu uşaqlar xüsusi reabilitasiya prosesinə cəlb olunurlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumatda belə deyilir.

 

Qurumun tabeliyindəki Uşaq Bərpa Mərkəzində və Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində autizm sindromlu uşaqlara müasir və sınanmış metodlar əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstərilir.

Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində 61, Uşaq Bərpa Mərkəzində isə 20 autizm sindromlu uşaq qeydiyyatdadır.

Hər iki reabilitasiya müəssisəsində autizm sindromlu uşaqlar mütəmadi olaraq tibbi-sosial reabilitasiya və təlim prosesinə cəlb olunurlar. Adı çəkilən müəssisələrdə bu kateqoriyadan olan uşaqların səmərəli reabilitasiyası üçün müasir şərait yaradılmış, həmin uşaqlara peşəkar psixoloq, əmək terapevti, özünəqulluq və loqoped xidmətləri təqdim olunur.

Bununla yanaşı, nazirliyin sosial sifarişləri əsasında icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələrinin bir istiqaməti də autizm xəstəliyi olan uşaqları əhatə edir. Müvafiq layihə çərçivəsində həmin kateqoriyadan olan uşaqlara defektoloji və psixoloji yardımlar göstərilir.

Oxunub 1405 dəfə