AMEA-dan Trend-ə verilən məlumata görə, sərgidə İmadəddin Nəsimiyə həsr olunmuş, 20-si Azərbaycan, 20-si ingilis dilində olmaqla ümumilikdə 40 lövhə təqdim edilib. Lövhələrdə İ.Nəsiminin 3 dildə yazdığı əsərlərinə orta əsrlərdə çəkilmiş illustrasiyalar, miniatürlər, eləcə də şairin əlyazmalarının surətləri nümayiş olunub.
Həmçinin Ədəbiyyat Muzeyinin İ.Nəsimiyə həsr olunmuş ekspozisiya zalından rəsmlər, böyük şairin 600 illik yubileyi münasibətilə hazırlanmış medalyonların əksi, onun Bakı şəhəri ve muzeyin ekspozisiyasında olan heykəllərinin rəsmi, şeirlərindən parçalar, "Nəsimi" filmindən olan səhnələrə aid fotolar və s. təqdim olunub.
Sərgi çərçivəsində ziyarətçilər İ.Nəsiminin Hələbdə yaşadığı evin divarındakı barelyefin rəsmi ilə də tanış olublar.