Səhifəni çap et
Çərşənbə, 13 Mart 2019 15:58

Bakıda “ZİMA” festivalına start verilib

trend zima 161118 01Azərbaycanda “Zima” Beynəlxalq uşaq estrada mahnıları festivalında iştirak etmək üçün müraciətlərin qəbuluna başlanılıb. Məlumatı layihənin rəsmi Instagram səhifəsinə istinadən Trend Life yayıb.

“Zima” Beynəlxalq uşaq estrada mahnıları festivalının təşkilatçıları yeni, sayca üçüncü seçim turuna start veriblər. “Övladınız mahnı ifa edə bilirmi, səhnəyə çıxmağı xəyal edirmi? “Zima” uşaq musiqi festivalı sizə unikal şans verir ki, üçüncü mövsümdə iştirak etmək üçün ərizə göndərəsiniz” - deyə, festivalın səhifəsində qeyd olunub.

 

Festivalda iştirak etmək üçün video çəkmək və təşkilatçıların (050) 238 08 08 WhatsApp nömrəsinə göndərmək lazımdır. Qeyd olunur ki, karaoke, fonoqram, qrup şəklində və ifaçının görünmədiyi video çəkilişlərə baxılmayacaq. Festivalda iştiraka 6-16 yaş arasında olan uşaqlar buraxılır.

Xatırladaq ki, “Zima” müsabiqə deyil, mahnı festivalıdır və bu musiqi layihəsinin iştirakçılarına mükafat verilmir.

Oxunub 1454 dəfə