Səhifəni çap et
Çərşənbə axşamı, 27 Mart 2018 19:11

Azərbaycanlı şagird Reyhan Camalovanın adı "Forbes"in siyahısına düşüb

Azərbaycanlı şagird Reyhan Camalovanın adı Forbesin siyahısına düşübAzərbaycanlı şagirdin adı ilk dəfə “Forbes” jurnalının “30 yaşdan aşağı 30 nəfər” siyahısına daxil edilib. APA-nın məlumatına görə, dünyada 30 yaşınadək nailiyyət qazanmış insanların adlarının yer aldığı siyahıda yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıcısı 15 yaşlı Reyhan Camalova da var.

ABŞ prezidenti Donald Trampın qızı və onun Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Reyhan Camalovanın da iştirak etdiyi sammitdə çıxışında Azərbaycandan olan 15 yaşlı şagirdin nailiyyətini təqdirəlayiq hesab edib.

Qeyd edək ki, Reyhan öz məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıb. Qurğu dörd əsas hissədən - yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.

Oxunub 2157 dəfə