Səhifəni çap et
Çərşənbə axşamı, 24 Yanvar 2017 19:04

“Narkomaniyaya “ Yox!” deyək!”

2017-01-25Yanvarın 24-də 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində Bakı şəhər Baş Polis İdarəsi nəzdindəki  İçtimai Təhlükəsizlik İdarəsi, Nəsimi rayon polis idarəsi, Bakı Baş Təhsil İdarəsinin məsul şəxsləri, Anonim narkoloji müalicə -məsləhət kabineti, İçtimai Səhiyyə İslahatlar Mərkəzinin həkimləri,  Bakı şəhər məktəblərinin şagirdləri, qeyri-hökümət təşkilatları, mətbuat nümayəndələri və digər qonaqların iştirakı ilə “Narkomaniyaya “ Yox!” deyək!”  mövzusunda  tədbir keçirilmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd gəncləri narkomaniya  haqqında maarifləndirmək, o cümlədən insanlara verdiyi böyük zərəri, sağlamlığa vurduğu fəsadları aşılamaq, dünyanı bürüyən bu bəlaya qarşı mübarizə yollarını axtarıb tapmaq idi.

FOTOQALEREYA

46 №- li MTİM- də fəaliyyət göstərən  “QANAD”  məktəbli teatrının yeniyetmə aktyorları hazırladıqları  “ AĞRI”  və  “ÇARƏ”  adlı iki mini-tamaşanı tamaşaçılara təqdim etdilər . Tədbirin sonunda  Nəsimi  rayonu 164 №-li tam orta məktəbin  “PÖHRƏ “ məktəbli teatrının şagirdləri səhnəyə çıxdılar və hamı ilə birgə “ Narkomaniyaya “Yox! deyək! “ şüarına səsləndirdilər. Tədbir məktəblilərin birgə ifa etdiyi “Gənclər marşı”  ilə sona çatdı . 

Oxunub 3980 dəfə