Səhifəni çap et
Cümə axşamı, 15 Sentyabr 2016 17:51

“ELS” təbrik edir!

Tebrik15-09-2016Bu gün ümid, arzu və xəyallarla gələcəyə baxdığımız “Bilik günü”dür. Yaşımızdan asılı olmayaraq həyacanla yaşadığımız bir gün. Hər bir uşağın tərbiyələndirilməsi ailədən başlasa da, vətəndaş kimi formalaşması məhz məktəbdə baş verir. Məktəbdə keçdiyimiz dövr həyat yolumuz, mənəvi dəyərlər, əqidə və məqsədlərimizə bilavasitə təsir edir. Valideynlərimiz üçün dəyərli övlad, cəmiyyətimiz və dövlətimiz üçün layiqli vətəndaş olmaq şərəf və qürurverici hisdir.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi təhsil və bilik uğrunda ilk addımını atan balaca balaları təbrik edir, təhsildə uğurlar arzulayır. İnanırıq ki, XXI əsrdə üzərinizə düşən vəzifələri yerinə yetirməklə müstəqil Azərbaycanın xoşbəxt gələcəyini məhz siz təmin edə biləcəksiniz.

Oxunub 3528 dəfə