Səhifəni çap et
Çərşənbə axşamı, 06 Sentyabr 2016 18:31

Bakıdakı bir sıra orta məktəblərin binaları əsaslı təmirdən sonra istifadəyə verilib

İlham-Aliyev-109Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-i və 6-da  Bakının Nizami rayonundakı 229 və 109, Xətai rayonundakı 245 və 265 nömrəli tam orta məktəblərinin əsaslı təmir işlərindən sonra açılışında iştirak edib. Məktəb binalarında əsaslı təmir işləri dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirilib.

Prezident sinif otaqları, o müasir tədris avadanlığı ilə təchiz olunmuş fənn kabinələri, kitabxana, akt və idman zallarına baxış keçirdikdən sonra bu təhsil ocaqlarının kollektivlərinə uğurlar arzulayıb.

Qeyd edək ki, paytaxt və bölgələrdə yeni məktəb binalarının inşası, mövcudlarının əsaslı şəkildə yenidən qurulması Azərbaycanda təhsil islahatlarının ardıcıl xarakter aldığını nümayiş etdirir.

Oxunub 2475 dəfə