Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« March 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə, 31 Avqust 2016 11:54

Prezident Oqtay Zülfüqarovun vəfatı ilə bağlı nekroloq imzalayıb

İlham-ƏliyevAzərbaycan Prezidenti İlham Əliyev tanınmış bəstəkar, xalq artisti Oqtay Zülfüqarovun vəfatı ilə bağlı nekroloq imzalayıb. Oxu.Az xəbər verir, nekroloqda Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz verdiyi deyilir. “Tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov 2016-cı il avqustun 31-də ömrünün 88-ci ilində vəfat edib.

Oqtay Zülfüqarov 1929-cu il may ayının 31-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1947–1951-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbinin, 1951–1952-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının violonçel sinfində oxuyub, 1952–1958-ci illərdə isə burada bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.

Əmək fəaliyyətinə hələ tələbə ikən 1949-cu ildə 1 saylı musiqi məktəbində violonçel müəllimi kimi başlayan Oqtay Zülfüqarov, eyni zamanda, müxtəlif mədəniyyət evlərində də xormeyster kimi çalışıb, 1958–1962-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində musiqi redaktoru, səs rejissoru, 1965–1967-ci illərdə Respublika Xalq Yaradıcılıq Evində metodist, 1968–1991-ci illərdə isə Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi, baş məsləhətçi, redaktor, şöbə müdiri vəzifələrində işləyib.

1991–2012-ci illərdə o, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru və bədii rəhbəri olub.

Oqtay Zülfüqarovun ilk musiqi əsərləri tələbəlik illərində işıq üzü görüb. Onun altmış ildən artıq bəstəkarlıq fəaliyyəti müxtəlif janrları əhatə edir. Bəstəkarın əsərləri arasında konsert, simfoniya, kantata, kamera-instrumental musiqi və romanslar vardır. Oqtay Zülfüqarovun sənətə və xalqa həqiqi xidmət nümunəsi olan yaradıcılığı gənc nəslin milli-mənəvi dəyərlərə ehtiram ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edir. Azərbaycan bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biri olan Oqtay Zülfüqarov rəngarəng yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyəti xəzinəsini daha da zənginləşdirib.

Müasir Azərbaycan musiqisində mahnı janrının inkişafında Oqtay Zülfüqarovun böyük xidmətləri olub. Onun öz sadəliyi və rahat qavranılması ilə seçilən əsərləri, eyni zamanda, dərin milli-mənəvi ruh, zəngin kolorit və yaddaqalan ritmləri ilə səciyyələnir. Geniş yaradıcılıq diapazonuna malik Oqtay Zülfüqarov musiqisində ənənəyə sədaqət müasirliklə harmonik vəhdət təşkil edir. Onun kino və teatr musiqisi sahəsində fəaliyyəti də təqdirə layiqdir. Sənətkarın müxtəlif dövrlərdə yaratdığı əsərlər musiqişünaslar tərəfindən yüksək qiymətləndirilib.

Oqtay Zülfüqarovun bəstələdiyi uşaq mahnıları ona xüsusi şöhrət qazandırıb. Onun “Telefon”, “Qatar”, “Kim sevirsə idmanı” və başqa mahnıları bir neçə nəslin dillər əzbəri olub. Uşaqlar üçün yazdığı balet, nağıl-opera və digər əsərləri ilə o, gənc musiqi həvəskarlarının sevimlisinə çevrilib. Bəstəkarın rəhbərliyi altında yaranan uşaq kollektivləri, o cümlədən Azərbaycan Dövlət Uşaq Filarmoniyası gənc nəslin bədii-estetik tərbiyəsində böyük rol oynayıb.

Azərbaycanın müasir musiqi mədəniyyətinin inkişafı və təbliğində Oqtay Zülfüqarovun xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilib. Ölkəmizdə musiqi sənəti sahəsində nailiyyətlərinə görə o, bir sıra fəxri adlara, orden və medallara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” ordeni ilə təltif edilib.

Tanınmış bəstəkar və mahir pedaqoq, səmimi insan Oqtay Qədir oğlu Zülfüqarovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!”

Nekroloqu imzalayıblar: İlham Əliyev, Artur Rasi-zadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Arif Məlikov, Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Tofiq Bakıxanov, Xəyyam Mirzəzadə, Ramiz Zöhrabov.

Oxunub 2266 dəfə