Səhifəni çap et
Çərşənbə, 16 Mart 2016 19:12

Novruz bayramınız mübarək!

novruz-bayrami

Dostlar, 2013-cü ildə ELS-Müstəqil Araşdırmalar Mərkəzi uşaq mahnıları sahəsində olan boşluğu doldurmaq məqsədilə "Yeni uşaq mahnıları-2013" müsabiqəsini keçirib. Müsabiqəyə 77 mahnı təqdim olunmuş, on mahnı isə peşəkar münsiflər heyəti tərəfindən qalib elan edilmişdi. Qalib mahnılar Gənc Tamaşaçılar Teatrında 19.12.2013 tarixində qala-konsertdə təqdim olunmuşdur. Qalib mahnılardan biri bugünkü bayramla həmahəngdir. Bu Səadət Fərziyevanın "Xoş gəlmisən, Novruzum!" mahnısıdır. Görüntülər qala-konsertdən bir parçadır. İfaçılar isə Nizami rayonunun Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Azəri inciləri" kollektivinin solistləridir. Ümidvaram ki, mahnı bayram əhvalını yaradacaq. Hamınızın bayramı mübarək!

VİDEO 

 

Oxunub 3340 dəfə