“ELS” növbəti uğuruna imza atdı
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi - İctimai Birliyi 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi layihəsini uğurla icra etdiyi ücün Şuranın Fəxri Fərmanı ilə təltif edilib. Bu, yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ötən ilki fəaliyyətinə həsr olunmuş hesabat konfransında məlum olub. Şuranın qərarı ilə 43 QHT Fəxri Fərmana layiq görülüb.
Qeyd edək ki, layihə ELS-in Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Təhsil Nazirliyi və İctimai Televiziyanın iştirakı ilə mümkün olmuşdur. İctimai Televiziyanın “Açıq dərs” verilişinin 6 buraxılışının hər birisi milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsi ilə bağlı müxtəlif mövzulara, o cümlədən “Milli-mənəvi dəyərlərin qorunmasında vətəndaş cəmiyyətinin iştirakı”, “Mənəvi sərvətimizi necə qoruyaq?”, “Uşaq və yeniyetmələrin formalaşmasında psixoloji aspektlərin araşdırılması”, “Məktəb-valideyn-şagird münasibətləri”, “Kitab dostumuzdur, yoxsa…”, “Uşaqların asudə vaxtının təşkili”nə həsr olunmuşdur. Aprelin 29-da başlayan silsilə verilişlər iyunun 3-də çaşa çatmışdır. İctimaiyyətin marağına səbəb olan və maraqlı diskussiyalarla yadda qalan buraxılışların hər birində mövzuya dair ekspertlər və studiyanın qonaqları iştirak etmışdir...
Xatırladaq ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova 2014-cü ildə “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” layihəsini uğurla həyata keçirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Fəxri Fərmanı ilə təltif edilmiş, ELS-ın layihəsi isə ən uğurlu layihələr arasında yer almışdır.