Komissiya rəsmisinin sözlərinə görə, son 5 ildə Azərbaycanda valideynlərin övladlarına gülüş doğuran adlar qoyması faktları azalıb.
Belə adların qoyulmasına əvvəllər nəzarət edilmədiyini nəzərə çatdıran S.Sadıqovanın sözlərinə görə, belə halların qarşısı “ASAN xidmət” mərkəzləri tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq alınır: “Kiminsə öz uşağını Cinayətkar, Sərxoş, Şüşəbənd çağırması nə dərəcədə düzgündür? Bu tipli adların qoyulması qəti qadağandır. Kim isə bizə övladına ingilis adının qoyulması üçün müraciət edirsə, belə adın da qoyulmasına icazə verilmir. Valideynlərə bunun səbəbi izah edilir. Ona görə də artıq uşaqlara “Ansambl”, “Traktor”, “Kombayn” kimi adlar qoyulmur. Keçən il bizə müraciət edilmişdi ki, qızların adını “Xiyarə” qoysunlar. O xəbər internetdə şərh olunduqdan sonra valideyn həmin adı qoymaqdan əl çəkdi. Bizə bu yaxınlarda müraciət ediblər ki, qızımın adını “Kiara” qoymaq istəyirəm. Ancaq biz bu adın mənşəyini müəyyənləşdirə bilmirik və hələ qərara gəlməmişik”.