Səhifəni çap et
Cümə axşamı, 10 Sentyabr 2015 14:04

İlk dəfə məktəbə gedən uşaqlara məktəb ləvazimatları paylanılıb

İlk dəfə məktəbə gedən uşaqlara məktəb ləvazimatları paylanılıbSentyabrın 9-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 2015-2016-cı tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan BŞGİBİ-nin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov ilk növbədə bu il Bakıda məktəbə gedən bütün uşaqlara müvəffəqiyyət arzulayıb. O bildirib ki, BŞGİBİ artıq 9 ildir ilk dəfə məktəbə gedən aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaqları məktəbli çantası və məktəb ləvazimatları ilə təmin edir.

Sonda ilk dəfə məktəbə gedən 150 uşağa Baş İdarə tərəfindən məktəbli çantası və məktəb ləvazimatları paylanılıb.

Oxunub 2926 dəfə