Səhifəni çap et
Cümə axşamı, 10 Sentyabr 2015 13:36

Azərbaycanda "Diqqət, uşaqlar!" adı altında təhlükəsizlik aylığı keçiriləcək

Diqqet ushaqlarDaxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin rəhbərliyinin göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar keçiriləcək təhlükəsizlik aylığı sentyabr ayının 10-dan oktyabrın 10-dək davam edəcək.

Məlumatda qeyd olunur ki, tədbirin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması...

istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır: “Uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili aparılaraq, onların başvermə səbəblərinin və şəraitlərinin aradan qaldırılması üzrə konkret profilaktiki tədbirlərin görülməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraitinin yenidən müayinə olunması, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yol nişanlarının qoyulması, yararsızlarının yeniləri ilə əvəz edilməsi, nişanlama xətlərinin çəkilməsi və s. tədbirlər həyata keçiriləcək”.

Oxunub 2480 dəfə