Səhifəni çap et
Çərşənbə axşamı, 22 Sentyabr 2015 10:54

“Diqqət uşaqlar” aylığına start verildi

Diqqət uşaqlar aylığına start verildiYollarda “Diqqət uşaqlar” adlı hərəkətin təhlükəsizliyi aylığına start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Axar.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin 03 sentyabr 2015-ci il tarixli əmrinin icrasına başlanılıb.  Tədbirlər 10 sentyabrdan - 10 oktyabr tarixinə qədər keçiriləcək.  

Təhsil müəssisələrində pedaqoji işçilər, məktəblilər və onların valideynlərinin iştirakı ilə maarifləndirici söhbətlər edilir. Həmçinin, treninqlər, nümunəvi dərslər, izahat xarakterli diskussiyalar, viktorinalar, praktiki məşğələlər keçirilir. Videosujetlərə, filmlərə kütləvi baxışlar təşkil edilir. Görülən tədbirlərin davamı olaraq Bakı şəhər Dövlət Yol Polis İdarəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində tədbir təşkil olunub. Tədbirdə gənc polislərin nümunəvi çıxışları təşkil edilib, praktiki məşğələlər keçirilib.  

Oxunub 3173 dəfə