ANONS! İyunun 3-də “ELS” yenidən İctimai Televiziyanın efirində
İyunun 3-də ELS" Müstəqil Araşdırmalar Mərkəzi - İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində 6 verilişdən sonuncu efirə gedəcək.
Ekspertlər “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova, Təhsil Nazirliyinin təmsilçisi Maral Salmanova, Təhsil nazirliyinin tabeliyində olan Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin direktoru, əməkdar müəllim Lalə Qəti və Bakı şəhəri 34 saylı Texniki Yaradıcılıq Mərkəzinin direktoru Həsən Qaralov “Açıq dərs” verilişində “Uşaqların asudə vaxtının təşkili” mövzusu ətrafında müzakirələr aparacaqlar.
Beləliklə, iyunun 3-də saat 19:00-da İctimai Televiziyanın efirində yayımlanacaq növbəti və sonuncu buraxılışı qaçırmayın!