Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 28 May 2015 11:03

Prezident İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi”

Ilham-eliyev45126“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi. Çünki müsəlman aləmində ilk demokratik respublika yaradılmışdı. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb.Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər və mütərəqqi xalqdır. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu”. APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham ƏliyevAzərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbuldakı nitqində deyib.

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Bu gün səhər mən o abidəni ziyarət etdim”, dövlət başçısı qeyd edib.

Prezident bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti çox müsbət, uğurlu olub: “Baxmayaraq ki, Xalq Cümhuriyyəti bunu çox ağır geosiyasi şəraitdə edirdi.Dövlət quruculuğu prosesi başlamışdı. Demokratik institutlar təsis edilmişdi. Siyasi islahatlar aparılmağa başlamışdı. Bizim dövlət atributlarımız qəbul edilmişdi - dövlət himnimiz, milli bayrağımız təsdiq edilmişdi. Qadınlara səsvermə hüququ verilmişdi. Onu da qeyd etməliyəm ki, Azərbaycan Xalq Cümhuriyyəti bunu bəzi Avropa ölkələrindən daha da əvvəl etmişdi. Eyni zamanda, əfsuslar ki, itkilərimiz də olmuşdur. Onların içində ən böyük itkimiz İrəvanın Ermənistana verilməsi olmuşdur. Bu, sağalmayan yaradır. Əlbəttə, biz tarixi həqiqətləri bilməliyik. Əfsuslar ki, tarix yaşlı nəslə təhrif edilmiş şəkildə təqdim olunurdu. Biz oxuduğumuz tarix kitablarında tarixi həqiqətləri görmürdük. Ona görə, bəzi qaranlıq məqamlar da olmuşdur. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünyaya açıqdır. Bu gün bütün tarixi həqiqətlər hər bir Azərbaycan vətəndaşı üçün bəllidir, artıq sirr deyil. İrəvanın Ermənistana verilməsi əlbəttə ki, böyük səhv idi. Əfsuslar olsun ki, bu addım gələcəkdə Azərbaycana yönəlmiş erməni işğalçı siyasətini dayandırmamışdı”.

Oxunub 1953 dəfə